×
A
A
A
Sazlamalar

Sabirabadda fəaliyyət göstərən ərzaq mağazasında istehlaka yararsız məhsullar aşkar edilib

Bakı, 20 oktyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sabirabad rayonunun Qaragüney kəndində Muradov Əvəz Sarxan oğluna məxsus “Elşən-Gülşən” ərzaq mağazasında yoxlama keçirilib.
Yoxlama zamanı mağazada sanitar gigiyenik qaydalara əməl olunmadığı, istifadə müddəti bitmiş və etiket məlumatları olmayan qida məhsullarının saxlanıldığı aşkar olunub. Mağazada təmizlik işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub.
Agentlik tərəfindən istehlaka yararsız qida məhsullarının satışının qadağan edilməsi barədə qərar qəbul edilib, müəssisə rəhbərliyi barədə qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam edir.

Sosial 2021-10-20 13:38:00