×
A
A
A
Sazlamalar

Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalı 6118,3 kiloqram olub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 103 faiz artıb.
Oktyabrın 1-nə olan vəziyyətə əsasən, 406,3 kiloqram hazır məhsul ehtiyatı qalıb.

Sənaye 2021-10-19 17:07:00