×
A
A
A
Sazlamalar

Mirqorod Tarix Muzeyində 44 günlük Vətən müharibəsi ilə bağlı “Azərbaycan guşəsi” açılıb

Mirqorod, 11 oktyabr, AZƏRTAC

Ukraynanın Mirqorod Tarix Muzeyində 44 günlük Vətən müharibəsi ilə bağlı “Azərbaycan guşəsi” açılıb.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Mirqorod şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə muzeydə yaradılan guşədə 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə raket hücumları nəticəsində həlak olan mülki şəxslərlə bağlı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunan ərazilərə səfərlərini, Ordumuzun qəhrəmanlığını əks etdirən fotolar, məlumat kitabçaları sərgilənir.
Mirqorod Tarix Muzeyində 44 günlük Vətən müharibəsi ilə bağlı “Azərbaycan guşəsi” 10 gün müddətində fəaliyyət göstərəcək.

 

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Mirqorod

Diaspor 2021-10-11 20:52:00