×
A
A
A
Sazlamalar

Kolumbiyanın Barrankilya şəhərinin sakinləri Qarabağ həqiqətləri barədə məlumatlandırılıb

Bakı, 1 oktyabr, AZƏRTAC

Kolumbiyanın Barrankilya şəhərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar bu ölkədə yaşayan azərbaycanlı iş adamı Şəhriyar Həsənlinin təşkilatçılığı ilə səssiz yürüş və aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, yürüş və aksiya zamanı gənc fəallarımız ispanca “Qarabağ Azərbaycandır!” şüarını, Anım Gününə həsr olunmuş fotoşəkilləri nümayiş etdirib, yerli sakinlərə Qarabağ həqiqətləri və Anım Günü barədə məlumat veriblər. Ölkəmizin 30 illik mübarizəsinin əks olunduğu broşürlər, üzərində “Qarabağ Azərbaycandır!” yazılmış köynəklər və Azərbaycan bayrağı olan papaqlar şəhər sakinlərinə paylanılıb.

Diaspor 2021-10-01 12:51:00