×
A
A
A
Sazlamalar

Kolumbiyanın və Perunun paytaxtlarında Azərbaycanın Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad olunub

Bakı, 23 sentyabr, AZƏRTAC

Kolumbiyanın və Perunun paytaxtlarında Azərbaycanın Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib. Kolumbiya paytaxtının simvolu Azərbaycan bayrağının rənglərinə bürünüb.
Ölkəmizin Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda Anım Günü ilə əlaqədar sentyabrın 27-də Kolumbiyanın paytaxtı Boqota şəhərinin simvolu olan məşhur “Colpatria” binası üçrəngli bayrağımızın rənglərinə bürünüb. Eyni zamanda, binanın üzərində “27 sentyabr – Azərbaycan qəhrəmanlarını yad edir” sözləri işıqlandırılıb.
Perunun paytaxtı Lima şəhərinin mərkəzi küçələrində yerləşən böyük ölçülü lövhələrdə də Azərbaycan bayrağı və “27 sentyabr – Azərbaycan qəhrəmanlarını yad edir” sözləri əks olunub.

Diaspor 2021-09-28 10:43:00