×
A
A
A
Sazlamalar

Pakistanda baş verən terror nəticəsində dörd hərbçi həlak olub

İslamabad, 26 sentyabr, AZƏRTAC

Pakistanın Bəlucistan əyalətində baş verən partlayış nəticəsində dörd hərbçi həyatını itirib, ikisi isə yaralanıb.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, əyalətin Xarnay dairəsinin Safar-Baş rayonunda terrorçuların bomba yerləşdirdikləri maşın hərbçilərin üzərinə sürülüb.
Hadisəyə görə məsuliyyəti “Bəlucistanın azadlıq ordusu” terror təşkilatı öz üzərinə götürüb.
Terror aktına görə cinayət işi açılıb, istintaq aparılır.

 

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Dünya 2021-09-26 16:35:00