×
A
A
A
Sazlamalar

Ağdamlıların doğma şəhərlərinə növbəti səfəri başlayıb

Ağdam, 26 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam rayon sakinlərinin işğaldan azad olunmuş doğma şəhərlərinə növbəti səfəri başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam şəhəri daxil olmaqla rayonun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkil etdiyi səfər zamanı sakinlər doğma şəhərlərində müxtəlif məkanları, o cümlədən Cümə məscidini, İmarət kompleksini, Dram teatrının və Çörək muzeyinin qalıqlarını, şəhidlər xiyabanını, eləcə də Qiyaslı məscidini və Şahbulaq qalasını ziyarət edəcəklər.

Regionlar 2021-09-26 14:14:00