×
A
A
A
Sazlamalar

Anım Günü Azərbaycandakı dini məbədlərdə şəhidlərimizin ruhuna dualar oxunacaq

Bakı, 23 sentyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycanda sentyabrın 27-si Anım Günü kimi qeyd olunacaq.
AZƏRTAC xəbər verir ki, Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

 

Din 2021-09-23 18:08:00