×
A
A
A
Sazlamalar

® “Kartmane” sahibləri 8 ayda 3 milyon AZN-dən çox keşbek qazanıb

“Rabitəbank”ın eksklüziv üstünlüklərə malik keşbek kartı “Kartmane” sahiblərini sevindirməyə davam edir. Cari ilin avqust ayında “Kartmane” ilə nağdsız ödənişlər sayəsində müştərilərin qazandığı keşbek 3 milyon AZN-i keçərək 3,7 milyon AZN təşkil edib. Bu keşbek məbləğlərinin böyük əksəriyyəti yanacaqdoldurma məntəqələrindən (1,5 milyon AZN-dən çox) qaytarılıb, market və restoranlardan 100 min AZN-dən çox, digər xərclərdən isə 1 milyon 537 min AZN-dən çox məbləğdə keşbek qaytarılıb. Tərəfdaşlardan geri qaytarılmış keşbek məbləği isə 81 min AZN-i ötüb. “Rabitəbank”ın 90 mindən çox müştərisi “Kartmane” vasitəsilə alış-verişlərindən yerindəcə keşbek bonusları əldə edirlər. Ümumiyyətlə özündə çox sayda üstünlükləri toplayan təkrarsız “Kartmane” ilə müştərilərimiz dünyanın istənilən YDM-lərindən 10 faiz, bütün kafe və restoranlardan 5 faiz, hər alış-verişlərdən isə 2 faiz keşbek əldə edə biləcəklər. Yenicə müştərilərin istifadəsinə verilmiş “Azercell” keşbek növü vasitəsilə xərclərinizdən qazanılan keşbek ballarını “Azercell”dən danışıq dəqiqələri və ya internet paketinə dəyişmək mümkündür.

700-dən çox tərəfdaş şəbəkəsindən isə “Kartmane” 40 faizədək keşbek təklif edir. “Rabitəbank”ın mobil tətbiqi “Rabita Mobile” isə “Kartmane” sahiblərinin işini bir az daha rahatlaşdırır. Qazanılmış keşbek bonuslarını rahatlıqla izləmək və tətbiqdəki istənilən “Rabitəbank” kart balansına köçürmək mümkündür. “Kartmane”nin “Telegram” kanalında Bankın tərəfdaşlıq etdiyi tərəfdaş şəbəkəsinin özünəməxsus və “Kartmane”yə özəl kampaniyaları barədə operativ bildirişlər almaq mümkündür. “Kartmane” ilə məbləği nağdlaşdırmaq da sərfəlidir - ölkədaxili istənilən bank ATM-dən ayda 5 dəfə nağdlaşdırmaq tamamilə komissiyasızdır.
Siz də “Kartmane” sifariş edərək harada olmağınızdan asılı olmayaraq üstünlüklərlə yaşayın. Onlayn sifariş zamanı Bakı və Abşeron yarımadası ərazilərinə kartın çatdırılması ödənişsizdir. Sifariş etmək üçün heç yerə getmədən və heç hara zəng etmədən, sadəcə “Rabita Mobile” tətbiqi, “RabitaBot” çatbotu və ya Bankın rəsmi veb-sayta keçid edə bilərsiniz - http://rbt.az/kartmane
“Rabitəbank” ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, “133” nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.

Maliyyə 2021-09-21 17:59:00