×
A
A
A
Sazlamalar

Keçən ay mis filizləri və konsentratlarının istehsalı azalıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Avqust ayında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən 197 tonu mis filizləri və konsentratlarının payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici iyul ayı ilə müqayisədə 22,6 ton azdır.
Sentyabrın 1-nə olan vəziyyətə əsasən, hazır məhsul ehtiyatı 397,9 ton təşkil edib.

Sənaye 2021-09-16 11:33:00