×
A
A
A
Sazlamalar

Bu il subbakalavrlar 36 müxtəlif ali təhsil müəssisəsinə qəbul olublar

Bakı, 6 sentyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bəzi statistik məlumatları (I mərhələdən sonra) açıqlayıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, subbakalavrlar 36 müxtəlif ali təhsil müəssisəsinə qəbul ola biliblər. Onlar say etibarilə daha çox Azərbaycan Texniki Universitetinə (750 nəfər), Azərbaycan Dövlət İqtisad Universitetinə (530 nəfər) və Bakı Biznes Universitetinə (474 nəfər) qəbul olub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Bakı Biznes Universitetinə qəbul olanların 52.38 faizinin, Azərbaycan Texnologiya Universitetinə qəbul olanların 49.47 faizi, Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olanların 40.33 faizinin subbakalavr olduğunu görərik.

Elm və təhsil 2021-09-06 16:43:00