×
A
A
A
Sazlamalar

Keçən ay mis filizləri və konsentratlarının istehsalı azalıb

Bakı, 21 avqust, AZƏRTAC

İyul ayında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən 219,6 tonu mis filizləri və konsentratlarının payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici iyun ayı ilə müqayisədə 19,9 ton azdır.
Avqustun 1-nə olan vəziyyətə əsasən, hazır məhsul ehtiyatı 300,9 ton təşkil edib.

 

Sənaye 2021-08-21 14:42:00