×
A
A
A
Sazlamalar

Cari ildə 40 min tondan çox polipropilen ixrac olunub

Bakı, 17 iyul, AZƏRTAC

Yarım ildə Azərbaycandan 40 min tondan çox polipropilen ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, ixrac edilən polipropilenin dəyəri isə 51,9 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin müvafiq aylarında 39,8 milyon dollarlıq 50,5 min ton polipropilen ixrac edilib.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi üzrə inşa olunan polipropilen zavodunun illik istehsal gücü 184 min tondur. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-dən polipropilenin ixracına başlanılıb.

 

Sənaye 2021-07-17 12:57:00