×
A
A
A
Sazlamalar

Ötən ay ölkədə 433 kiloqram gümüş istehsal edilib

Bakı, 30 iyun, AZƏRTAC

May ayında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 433 kiloqramı gümüşün payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 12,8 kiloqram çox olub.
İyunun 1-nə olan vəziyyətə əsasən, hazır gümüş ehtiyatı 287,7 kiloqram təşkil edib.

 

 

Sənaye 2021-06-30 15:01:00