×
A
A
A
Sazlamalar

Mayda qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb

Bakı, 30 iyun, AZƏRTAC

May ayında mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalı 750,4 kiloqram olub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 32,5 kiloqram artım deməkdir.
İyunun 1-nə olan vəziyyətə əsasən, 607,3 kiloqram hazır məhsul ehtiyatı var.

 

Sənaye 2021-06-30 12:33:00