×
A
A
A
Sazlamalar

Kimya məhsullarının ixracı azalıb

Bakı, 16 iyun, AZƏRTAC

Yanvar-may aylarında Azərbaycandan 53,5 min ton kimya sənayesi məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 19,2 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2020-ci ilin eyni aylarında ixrac olunan 229,3 min ton kimya məhsullarının dəyəri 34,4 milyon dollar təşkil etmişdi.

Sənaye 2021-06-16 16:25:00