Birləşmiş Krallığın siyasi-ictimai dairələri işğaldan azad olunmuş ərazilərdəki vəziyyət barədə məlumatlandırılıb
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın siyasi-ictimai dairələri, tədqiqat mərkəzləri və mətbu orqanlarını təmsil edən nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi ən böyük təhdid olan Ermənistanın təcavüzkar siyasəti, onun nəticələri, onilliklər ərzində Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qanunsuz fəaliyyət, genişmiqyaslı dağıntılar və Ermənistanın hərbi təxribatları barədə məlumat verib.
Postmünaqişə mərhələsi və bölgədəki cari vəziyyətdən danışan nazir işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, bu ərazilərdəki mina təhlükəsi və onun doğurduğu fəsadlar, həyata keçirilən bərpa və quruculuq işləri, ərazilərin gələcək inkişafı planları barədə danışıb.
Sonra nazir nümayəndə heyəti tərəfindən səsləndirilən Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verilən dəstək, mina təhlükəsinin aradan qaldırılması, azərbaycanlı məcburi köçkünlərin evlərinə geri qayıdışı və xalqların birgəyaşayışı, habelə Birləşmiş Krallıq-Azərbaycan münasibətləri ilə bağlı digər sualları cavablandırıb.
Sonda nümayəndə heyətinin üzvlərinə Heydər Əliyev Fondu tərəfindən dərc edilmiş “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim olunub.
Şarl Mişel: Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
“Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi böyük həqiqətin növbəti təzahürüdür” - RƏY
İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib