×
A
A
A
Sazlamalar

Beynəlxalq vebinarda Ermənistanın törətdiyi müharibə cinayətlərinə görə məsuliyyət daşıdığı vurğulanıb

Bakı, 11 iyun, AZƏRTAC
"Washington Outsider" və "Scarab Rising" media qurumlarının birgə təşkilatçılığı ilə "Ermənistanın Qarabağdakı ölüm məhsulu: mina, hərbi cinayətlər və sülh prosesi" mövzusunda beynəlxalq vebinar keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "Scarab Rising"in rəhbəri və "Washington Outsider"in baş redaktoru İrina Tsukermanın moderatorluq etdiyi virtual tədbirə İslamabadda yerləşən Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm, İsraildə fəaliyyət göstərən "İqtisadi Sülh Mərkəzi" xəbər saytının redaktoru Reyçel Avraham, Pakistan–Azərbaycan Məzunları Birliyinin qurucusu Qeysər Nəvvab, tarixçi və siyasi şərhçi Pet Uolş, Kanadanın Manitoba Universitetinin dosenti, sülh və münaqişə tədqiqatları üzrə fəlsəfə doktoru Əli Əskərov və Azərbaycandakı rus icmasının sədr müavini Anastasiya Lavrina qatılıblar.
Vebinar zamanı Kəlbəcərdə xidməti vəzifələrinin yerinə yetirərkən iki azərbaycanlı jurnalistin və icra nümayəndəsinin ölümü ilə nəticələnən faciə, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə minaların aşkarlanmasından danışılıb.
Ekspertlər geosiyasi həqiqətlər və İsrailin Ermənistanla bağlı siyasəti barədə geniş fikir mübadiləsi də aparıblar. Natiqlər müharibə cinayətlərinə görə Ermənistanın məsuliyyət daşıdığını vurğulayıblar.

 

Diaspor 2021-06-11 18:30:00