×
A
A
A
Sazlamalar

“Caspian Agro” sərgisi: Sloveniya şirkəti çörək sexləri üçün kompleks həll variantları təqdim edir

Bakı, 10 iyun, AZƏRTAC
Sloveniyanın “GOSTOL” şirkəti Azərbaycanda kənd təsərrüfatı sərgilərində artıq 4-cü dəfədir iştirak edir.
Bu barədə AZƏRTAC-a müsahibəsində şirkətin satış üzrə meneceri Vladislav Vlasenko deyib. O bildirib ki, şirkət çörək sexləri üzrə kompleks həll variantları təqdim edir. Belə ki, təmsil etdiyi qurum müxtəlif növ çörəklərin bişirilməsi üçün avtomatik sənaye xətlərini layihələndirir. Çeviklik, avtomatlaşdırma və enerjiyə qənaət şirkətin qarşısında duran başlıca vəzifələrdəndir.
V.Vlasenko vurğulayıb ki, hazırda dünyanın 55 ölkəsinə məhsul göndərən şirkət Azərbaycanda da tərəfdaş tapmaq niyyətindədir.

İqtisadiyyat 2021-06-10 17:32:00