×
A
A
A
Sazlamalar

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Bakı, 6 may, AZƏRTAC

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarın bir vaqonunun qapılarında sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, “28 May” stansiyasında maşinist vaqon qapılarına baxış keçirib və qatarın sərnişinlər düşürülməklə xətdən çıxarılması zərurəti yaranıb.
“Nəticədə qatar stansiyanı sərnişinsiz, 6 dəqiqə yubanma ilə tərk edib. Əks istiqamətdən xəttə ehtiyat qatar verilib. Hazırda qatarlararası intervalın bərpa edilməsi istiqamətində tədbirlər görülür”, - deyə məlumatda bildirilir.

 

İqtisadiyyat 2024-05-06 18:37:00