×
A
A
A
Sazlamalar

Bu il ölkədə 1127,2 kiloqram qızıl istehsal olunub

Bakı, 29 may, AZƏRTAC

Yanvar-aprel aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 1127,2 kiloqramı qızılın payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq ayları ilə müqayisədə 5,1 faiz azalıb.
Mayın 1-nə olan vəziyyətə əsasən, 197,8 kiloqram hazır qızıl ehtiyatı var.

 

Sənaye 2021-05-29 13:11:00