×
A
A
A
Sazlamalar

İsveç paytaxtında 28 May - Respublika Gününə həsr olunan bilbordlar yerləşdirilib

Stokholm, 29 may, Rauf Əliyev, AZƏRTAC

28 May- Respublika Günü münasibətilə İsveç Azərbaycanlılarının Koordinasiya Şurası, Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə paytaxt Stokholm şəhərində ölkəmizə həsr olunan bilbordlar yerləşdirib.
AZƏRTAC xəbər verir ki, Respublika Günü və Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin tanıdılması məqsədilə iki yük avtomobilində yerləşdirililən bilbordlarda, ölkəmizlə bağlı müxtəlif məlumatlarla yanaşı, Azərbaycanın tarixi və mədəniyyəti haqqında məlumatlar və şəkillər də yer alıb.
Qeyd edək ki, bilbordların yaxın günlər ərzində həm Stokholm, həm də qonşu şəhərlərə nümayişi nəzərdə tutulur.

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm 

Diaspor 2021-05-29 07:55:00