Nazir: Dmanisidə sabitlikdir, tərəflər arasında mübahisə başa çatıb və barışıq əldə olunub
Tbilisi, 17 may, AZƏRTAC
Dmanisi rayonunda baş vermiş insidentlə bağlı istintaq davam edir. Qarşıdurma ilə bağlı hələ heç kim həbs olunmayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri söyləyib.
Nazir bildirib ki, qarşıdurmada iştirak edən bir neçə şəxs hazırda polis bölməsində saxlanılır və onlar dindiriləndən sonra sərbəst buraxılacaq. İnsidentlə bağlı istintaq davam etdirilir.
Onun sözlərinə görə, tərəflər arasında mübahisə başa çatıb və barışıq əldə olunub.
“Bununla belə, əlavə polis qüvvələri bu gecə ərzində Dmanisidə qalacaq”, - deyə V.Qomelauri vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır