×
A
A
A
Sazlamalar

Kimya məhsullarının ixracı kəskin azalıb

Bakı, 17 may, AZƏRTAC

Yanvar-aprel aylarında Azərbaycandan 32 min ton kimya sənayesi məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 13,1 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2020-ci ilin eyni aylarında ixrac olunan 183,3 min ton kimya məhsullarının dəyəri 26,5 milyon dollar təşkil etmişdi.

Sənaye 2021-05-17 17:41:00