×
A
A
A
Sazlamalar

Azərbaycanın təbii qaz ixracı 2 dəfəyədək artıb

Bakı, 17 may, AZƏRTAC

Yanvar-aprel aylarında ölkədən 7 milyard 837,5 milyon kubmetr təbii qaz ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 1 milyard 131,4 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2020-ci ilin eyni aylarında Azərbaycandan 4 milyard 365,6 milyon kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri 821,4 milyon dollar olmuşdu.

 

Neft - qaz 2021-05-17 16:39:00