×
A
A
A
Sazlamalar

OECD ölkələrinin neft ehtiyatları artıb

Bakı, 16 may, AZƏRTAC

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə kommersiya neft ehtiyatları mart ayında 10 milyon barel artaraq 2 milyard 987 milyon barel təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir.
Bildirilir ki, ehtiyatlar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5 milyon barel artıb və son 5 ilin orta göstəricisindən 73 milyon barel çox olub.
Martda OECD-nin neft ehtiyatlarının tələbatı ödəyə biləcəyi günlərin sayı 67,4 olub, bu da 5 illik orta göstəricidən 1,5 gün çoxdur.

 

Neft - qaz 2021-05-16 15:58:00