×
A
A
A
Sazlamalar

Neft qiymətlərindəki artım tendensiyaları makroiqtisadi göstəricilər tərəfindən dəstəklənir

Bakı, 16 may, AZƏRTAC

Neft qiymətlərindəki artım tendensiyaları makroiqtisadi göstəricilər tərəfindən dəstəklənir.
AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb.
EIA bildirib ki, bazar iştirakçıları COVID-19 pandemiyasının gedişi ilə bağlı fərqli amilləri nəzərə aldıqları üçün “Brent” markalı xam neftin qiyməti aprel ayında sabit qalıb. Neft qiymətlərindəki artım tendensiyaları iqtisadi dirçəlişin davam etdiyini göstərən makroiqtisadi göstəricilər tərəfindən dəstəklənir. Hindistanda artan koronavirusa yoluxmaların qlobal neft tələbatındakı artım gözləntiləri üzərində təzyiq yaratması isə azalma tendensiyalarını dəstəkləyir.

Neft - qaz 2021-05-16 15:00:00