×
A
A
A
Sazlamalar

Beynəlxalq Enerji Agentliyi: Keçən ay OPEC-in göndəlik neft istehsalı azalıb

Bakı, 16 may, AZƏRTAC
Aprel ayında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı əvvəlki ayla müqayisədə 70 min barel azalaraq sutkada 25 milyon 40 min barel olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Bildirilir ki, ötən ay kartel üzrə xam neftdən savayı digər şərti olmayan gündəlik hasilat isə 5 milyon 200 min barel təşkil edib. Bununla da, apreldə OPEC-in sutkalıq istehsalı ümumilikdə 30 milyon 240 min barel olub.

 

Neft - qaz 2021-05-16 14:59:00