×
A
A
A
Sazlamalar

Bakının kimya sənayesində məhsul buraxılışı azalıb

Bakı, 7 may, AZƏRTAC

İlin ilk 3 ayında Bakının kimya sənayesində məhsul buraxılışı kəskin azalıb.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, birinci rübdə kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 65,4 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 45,6 faiz azalıb, əczaçılıq məhsullarının istehsalında isə 3,2 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 81,6 faiz artım müşahidə edilib.
Ötən ilin yanvar-mart ayları ilə müqayisədə əsas kimya məhsullarından azot istehsalı 92,3 faiz azalıb, oksigen istehsalı 3,6 dəfə, lak boya məmulatlarının istehsalı 2,5 dəfə artıb.
Rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 69,9 faiz, plastik borular, borucuqlar, şlanqlar üçün fitinqlərin istehsalı isə 9,4 dəfə çoxalıb.

Sənaye 2021-05-07 12:05:00