×
A
A
A
Sazlamalar

Cari ildə ölkədən metanol ixrac olunmayıb

Bakı, 16 aprel, AZƏRTAC

Yanvar-mart aylarında Azərbaycandan metanol ixrac edilməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Qeyd edək ki, 2020-ci ilin eyni aylarında dəyəri 9,3 milyon ABŞ dolları olmaqla 93,7 min ton metanol ixrac olunmuşdu. Keçən il ərzində isə 51,1 milyon dollarlıq 471,2 min tondan çox metanol ixrac edilmişdi.

Sənaye 2021-04-16 16:33:00