×
A
A
A
Sazlamalar

Polietilen istehsalı azalıb

Bakı, 16 aprel, AZƏRTAC

Birinci rübdə Azərbaycanda 32,7 min ton propilen (ondan əmtəəlik 30,5 min ton), 42,1 min ton polietilen, 42,3 min ton etilen, 0,1 min ton metanol (metil spirti) istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, üç ayda kimya sənayesində məhsul buraxılışı ötən ilin eyni ayları ilə müqayisədə 12,5 faiz azalıb. Aprelin 1-nə 2,8 min ton propilen, 9 min ton polietilen və 1,6 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.
Əsas kimya məhsullarından polietilen istehsalı 28,1 faiz azalıb.

 

Sənaye 2021-04-16 12:28:00