×
A
A
A
Sazlamalar

“Düşüncə və hisslərimizi sərbəst ifadə etməyin yolları” adlı onlayn seminar keçirilib

Bakı, 12 aprel, AZƏRTAC

“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin (İB) və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə “Düşüncə və hisslərimizi sərbəst ifadə etməyin yolları” adlı onlayn seminar keçirilib.
İB-dən AZƏRTAC-a bildiriblər ki, təlimçi Səbinə Salman özünə güvənmək, inanmaq və bunun üçün insana lazım olan faktorlar barəsində ətraflı məlumat verib. Yaşadığımız neqativ hadisələrdən düzgün nəticə çıxarmağın üsullarından bəhs edib.
Doxsana yaxın gəncin iştirak etdiyi görüşdə özgüvən azlığının yaranma səbəbinin ailədə və cəmiyyətdə yaşadığımız dəyərsizlik duyğusu ilə bağlılığı və həll yolları müzakirə edilib.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sosial 2021-04-12 13:40:00