×
A
A
A
Sazlamalar

“Azəriqaz” İB yanında İctimai Şuraya seçkilərin vaxtı açıqlanıb

Bakı, 9 aprel, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi yanında yaradılacaq İctimai Şuraya üzvlüklə bağlı namizədlərin irəli sürülməsi və qeydiyyata alınması prosesi başa çatıb.
İB-dən AZƏRTAC-a bildirilib ki, təqdim olunan sənədlər birlik yanında İctimai Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyası tərəfindən qiymətləndirilib və aşağıda adları göstərilən namizədlərin müraciətləri qeydə alınıb.
- Kərimov Bəhruz Bəxtiyar oğlu - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
- Salmanov Elçin Fikrət oğlu - “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyi
- Hüseynov Eyyub Mahmud oğlu – “Azad İstehlakçılar” İctimai Birliyi
- Gündüz Osman Mehdi oğlu - “Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi İctimai Birliyi
- Abbasov Ramil Zahir oğlu - “Spektr” Sosial-İqtisadi Araşdırmalar və İnkişaf İctimai Birliyi
- Sadıqov Fuad Bədrəddin oğlu - “Region” Beynəlxalq Analitik Mərkəz İctimai Birliyi
- Azərtaş Lalə Qabil qızı - Xəzər Media Mərkəzi
- Əliyev Mayis Nəbi oğlu - “Sosial Hüquqların Araşdırılması" İctimai Birliyi
- İbrahimli Qorxmaz Əbülfəz oğlu - Azərbaycan Milli QHT Forumu
- Quliyev Rəşad Xasay oğlu – "Beynəlxalq Diaspora Mərkəzi" İctimai Birliyi
- Məmmədov Sahib Məlik oğlu - Vətəndаşlаrın Əməк Hüquqlаrını Müdаfiə Liqаsı
- Rəhimzadə Vüqar Gəncəli oğlu - “İki Sahil” qəzeti
- Bəşirov Xəyal Kamil oğlu – “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyi
- Quliyev Zaur Yunis oğlu - “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi
- Ələsgərov Zülfüqar Hüseyn oğlu - "Moderator.az" İnformasiya saytı
- Əliyev Vüsal Yusif oğlu - “Sabaha İnam” Sosial İnkişaf İctimai Birliyi.
“Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya seçkilərin cari il aprelin 30-da birliyin inzibati binasında səhər saat 11:00-dan 16:00-dək keçirilməsi qərara alınıb. Səsvermə prosesində təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları seçki gününə 10 gün qalanadək (aprelin 20-si gecə saat 00:00-dək), həmin şəxslər barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) göstərməklə, seçki komissiyasına müraciət edə bilərlər. Bu tarixdən sonra göndərilən məlumatlar qəbul edilməyəcək.
Ünvan: Xətai rayonu, Yusif Səfərov küç. 35 “Azəriqaz” İB
E-mail: [email protected] 
Tel: 012 521 22 69

 

Neft - qaz 2021-04-09 18:13:00