×
A
A
A
Sazlamalar

Fevralda mis filizləri və konsentratlarının istehsalı artıb

Bakı, 19 mart, AZƏRTAC

Ötən ay mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən 221,3 tonu mis filizləri və konsentratlarının payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici yanvarla müqayisədə 7,7 ton çox olub.
Martın 1-nə olan vəziyyətə əsasən hazır məhsul ehtiyatı 677,5 ton təşkil edib.

Sənaye 2021-03-19 13:06:00