Şamaxıda idmançılarla onlayn görüş keçirilib
Şamaxı, 6 mart, AZƏRTAC
Şamaxıda gənclər və idman idarəsinin təşkilatçılığı ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə rayonun idman ictimaiyyəti ilə onlayn görüş keçirilib. Görüşdə rayonda fəaliyyət göstərən idmanyönümlü təşkilatların, klubların, federasiya və cəmiyyətlərin nümayəndələri, bədən tərbiyəsi və idman müəllimləri, veteran və yüksək nailiyyətlər qazanan idmançılar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri giriş sözü ilə açan rayon gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov iştirakçılarını 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, hər il martın 5-nin Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunduğunu bildirib.
Ş.Hüseynov, eləcə də gənclər və idman idarəsinin rəis müavini Bəhlul Əliosmanov, uşaq-gənclər idman-şahmat məktəbinin direktoru Şəhriyar Soltan, rayon təhsil şöbəsinin metodisti Vaqif Qasımov, Şamaxı Futbol Klubunun prezidenti Emil Sadıqzadə çıxışlarında ötən ilin əvvəlindən dünyanı ağuşuna alan, ölkəmizdən də yan keçməyən koronavirus pandemiyasının həyatımızın bütün sahələrinə, o cümlədən bədən tərbiyəsi və idman sahəsinə də mənfi təsirindən danışıblar. Lakin buna baxmayaraq, şamaxılı gənclərin pandemiya dövründə keçirilən “Evdə qal, idmandan qalma!”, “Evdə qal, sağlamlığını qoru!” aksiyalarında fəal iştirak etdiklərini söyləyiblər.
Vurğulanıb ki, Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan tanınmış idmançılarla onlayn görüşlərdə rayonun yeniyetmə və gəncləri də iştirak ediblər.
Onlayn görüşdə rayonda bədən tərbiyəsi və idmanın inkişafı ilə əlaqədar qarşıda duran vəzifələr də geniş müzakirə olunub.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib