×
A
A
A
Sazlamalar

Qazaxıstanın Aktobe vilayətində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib

Nur-Sultan, 2 mart, AZƏRTAC

Qazaxıstanın Aktobe vilayətində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Aktaudakı Baş Konsulluğunun təşəbbüsü və Aktobe vilayətində “Azəri” milli-mədəni cəmiyyətin təşkilatçılığı ilə keçirilən tədbirdə cəmiyyətin üzvləri, işgüzar dairələrin nümayəndələri iştirak ediblər.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baş konsulluğun başçısı Elmar Məmmədov, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni separatçılarının tarixi Azərbaycan şəhərində dinc əhaliyə qarşı törətdikləri vəhşilik haqqında ətraflı məlumat verib.
Diplomat gənc nəslin ölkələrimizin şanlı tarixini öyrənmələrinin, dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının xatirəsini daim uca tutmalarının vacibliyini vurğuladı.
Çıxış edənlər bu cinayətin cəzasız qalmaması, Ermənistanın hərbi-siyasi təcavüzünün dünya ictimaiyyəti tərəfindən ittiham edilməsi üçün daha təsirli tədbirlərin görülməsini istəyiblər
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan 

Qan yaddaşı 2021-03-02 02:37:00