×
A
A
A
Sazlamalar

Ötən ay gümüş istehsalı azalıb

Bakı, 26 fevral, AZƏRTAC

Yanvar ayında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 421,5 kiloqramı gümüşün payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici keçən ilin müvafiq ayı ilə müqayisədə 22 faiz azalıb.
Cari ilin fevralın 1-nə olan vəziyyətə əsasən, hazır gümüş ehtiyatı 414,1 kiloqram təşkil edib.

Sənaye 2021-02-26 13:09:00