×
A
A
A
Sazlamalar

Yanvarda 9,3 min ton kimya sənayesi məhsulları ixrac edilib

Bakı, 20 fevral, AZƏRTAC

Ötən ay Azərbaycandan 9,39 min ton kimya sənayesi məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 3,05 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2020-ci ilin yanvar ayında ixrac olunan 63,24 min ton kimya məhsullarının dəyəri 8,98 milyon dollar təşkil etmişdi.

Sənaye 2021-02-20 11:52:00