×
A
A
A
Sazlamalar

Dekabrda 268,5 kiloqram qızıl istehsal edilib

Bakı, 28 yanvar, AZƏRTAC
Ötən ilin dekabrında Azərbaycanın mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 268,5 kiloqramı qızılın payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 52,5 kiloqram az olub.
Cari il yanvarın 1-nə olan vəziyyətə əsasən, 115,2 kiloqram hazır qızıl ehtiyatı var.

 

Sənaye 2021-01-28 17:29:00