×
A
A
A
Sazlamalar

Madriddə komendant saatı sərtləşdirilib və qonaq getmək qadağan olunub

Bakı, 25 yanvar, AZƏRTAC

İspaniya hakimiyyəti yanvarın 25-dən etibarən Madriddə komendant saatını sərtləşdirib.
AZƏRTAC “El Pais” qəzetinə istinadla xəbər verir ki, bazar ertəsindən etibarən şəhərdə komendant saatı bir saat tez – yerli vaxtla saat 22:00-da başlayacaq və səhər saat 6:00-a qədər davam edəcək. Kafe, restoran və mağazalar daha tez – saat 21:00-da bağlanacaq. Bu qadağalar azı iki həftə davam edəcək.
Bundan başqa, yerli sakinlərə evlərinə qonaq çağırmaq qadağan edilib. Digər şəxslərlə görüşməyə yalnız küçədə və ictimai yerlərdə icazə verilir, lakin dörd nəfərdən artıq qrup şəklində toplanmaq olmaz.
Mart ayında Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 virusunun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, indiyədək İspaniyada 2 milyon 603 mindən çox insan koronavirusa yoluxub, 55 min 441 nəfər isə infeksiya səbəbindən həyatını itirib.

Dünya 2021-01-25 19:14:00