×
A
A
A
Sazlamalar

Səudiyyə Ərəbistanı Özbəkistan iqtisadiyyatına 2,5 milyard dollar sərmayə yatırır

Daşkənd, 25 yanvar, AZƏRTAC
Səudiyyə Ərəbistanının investisiya naziri Xalid Əl-Falihin rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistanda səfərdədir.
AZƏRTAC xəbər verir ki, Özbəkistanın Baş nazirinin müavini, investisiya və ticarət naziri Sardor Umurzakovla Səudiyyə nümayəndə heyətinin görüşündə bildirilib ki, ötən il Özbəkistanın İnvestisiya və Ticarət Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında Sırdərya vilayətində gücü 1500 meqavat olan istilik elektrik stansiyasının maliyyələşdirilməsi, layihələşdirilməsi, tikintisi və 25 il istismarı ilə bağlı 1,2 milyard dollar dəyərində birbaşa sərmayə cəlb olunması ilə bağlı sənəd imzalanıb və burada 1000 iş yeri yaradılacaq.
Görüşdə “ACWA Power” şirkətinin Nəvai və Buxara vilayətlərində ümumi gücü 1000 meqavat olan külək stansiyalarının tikintisinə 1,3 milyard dollar həcmində sərmayə qoyması ilə bağlı da saziş imzalanıb.
Danışıqlar başa çatandan sonra Sırdərya vilayətində istilik elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib.

 

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2021-01-25 18:55:00