×
A
A
A
Sazlamalar

Şotlandiyada müstəqillik referendumu keçiriləcək

London, 25 yanvar , AZƏRTAC
Şotlandiyanın Birinci naziri və Milli Partiyanın lideri Nikola Stercen Britaniya hökumətinin razılığından asılı olmayaraq, müstəqillik referendumu keçirəcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, N.Stercen mayda Şotlandiyada keçiriləcək parlament seçkilərində partiyasının səs çoxluğu qazanacağı təqdirdə, referendumun hazırlıqlarına başlanacağını bildirib.
Hətta Stercen Şotlandiyanın müstəqillik planları üçün atılacaq addımların müəyyənləşdirildiyi 11 bəndlik yol xəritəsi də hazırlayıb.
O qeyd edib ki, qanuni referendum keçirmək istəyir və seçkilərdə qalib gəldikdən sonra Şotlandiyanın müstəqilliyi üçün çalışacaq. Lakin referendumun keçirilməsi üçün Krallığın Baş nazirindən icazə alınmalıdır.
Qeyd edək ki, 2014-cü ildə keçirilən müstəqillik referendumunda şotlandların 55 faizi Krallığı tərk etməyin əleyhinə səs vermişdi.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2021-01-25 16:32:00