×
A
A
A
Sazlamalar

Şabranda yaşayış evində yanğın olub

Şabran, 25 yanvar, Elxan Yusifli, AZƏRTAC

Yanvarın 25-də Şabran şəhərinin Nizami küçəsində yerləşən yaşayış evində yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğının söndürülməsinə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı evdə olan 2014-cü il təvəllüdlü Niyazov Araz Zaur oğlu və onun bacısı, 5 yaşlı Təranə xilas edilib. Xəsarət alan uşaqlar Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Yanğın söndürülüb, faktla bağlı araşdırma aparılır.

Regionlar 2021-01-25 15:53:00