×
A
A
A
Sazlamalar

Ağdaşda ötən il 1952–si daimi olmaqla, 3013 yeni iş yeri yaradılıb

Ağdaş, 25 yanvar, AZƏRTAC 

Ağdaş rayonunda keçən il 1952-si daimi olmaqla, 3013 yeni iş yeri yaradılıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, yeni açılan daimi iş yerlərinin 17-si təzə yaradılan müəssisə və təşkilatlarda, 191-i mövcud müəssisə və təşkilatlarda, 1744-ü isə fiziki şəxslərdədir.
Ötən il respublikamızın hər yerində, o cümlədən Ağdaşda da koronavirus pandemiyasına qarşı mübarizə şəraitində həyata keçirilən sosial-iqtisadi layihələr, abadlıq işləri daha 1061 müvəqqəti və mövsümi iş yerinin açılmasına şərait yaradıb.

Regionlar 2021-01-25 13:16:00