×
A
A
A
Sazlamalar

Ötən il metanol istehsalı 24,4 faiz artıb

Bakı, 20 yanvar, AZƏRTAC

Keçən il Azərbaycanda 103,3 min ton propilen (ondan əmtəəlik 97,5 min ton), 132,3 min ton polietilen, 102,1 min ton etilen, 476,6 min ton metanol (metil spirti) istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, il ərzində kimya sənayesində məhsul buraxılışı 2019-cu illə müqayisədə 20,5 faiz artıb. Yanvarın 1-nə 3,1 min ton propilen, 6 min ton polietilen və 4,2 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.
2020-ci ildə əsas kimya məhsullarından polietilen istehsalı 38,5 faiz, metanol istehsalı 24,4 faiz, propilen istehsalı isə 17,3 faiz artıb.

Sənaye 2021-01-20 13:16:00