×
A
A
A
Sazlamalar

Türkiyədə son sutkada 167 nəfər koronavirusdan ölüb

Ankara, 20 yanvar, AZƏRTAC

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına mübarizə tədbirləri çərçivəsində sərtləşdirilmiş məhdudiyyətlər davam edir.
AZƏRTAC Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, yanvarın 19-da ölkə üzrə 175 min 133 nəfər koronovirus testindən keçirilib. Onlardan 6818 nəfərində infeksiya aşkarlanıb, 761 nəfər COVID-19 infeksiyası səbəbindən xəstəxanalara yerləşdirilib. Sutka ərazində 167 nəfər məlum infeksiyadan ölüb, 7218 nəfər sağalıb.
Türkiyədə indiyədək infeksiyaya yoluxanların sayı 2 milyon 399 min 781 nəfərə çatıb.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara 

Dünya 2021-01-20 01:35:00