×
A
A
A
Sazlamalar

Yunanıstanın Korinf kanalı torpaq sürüşməsi nəticəsində bağlanıb

Afina, 19 yanvar, AZƏRTAC

Yunanıstanın Korinf kanalı torpaq sürüşməsi nəticəsində qeyri-müəyyən vaxta bağlanılıb. AZƏRTAC yerli hüquq mühafizə orqanlarına istinadla xəbər verir ki, artıq Korinf və Saronik körfəzləri üzrə nəql edən gəmilər, Korinf kanalından istifadə edə bilməyəcəklər. Hazırda ərazidə geotexniki işlər aparılır. Bu araşdırmalardan asılı olaraq kanalın yenidən açılması vaxtı müəyyən olunacaq.
Qeyd edək ki, Korinf kanalı 1880-1893-cü illər arasında inşa edilib, Korinf körfəzi ilə Saronik körfəzini birləşdirir. Kanalın uzunluğu 6,5 kilometr, eni 25 metrdir. Kanal vasitəsilə ildə 11 min gəmi naviqasiya edir.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina

Dünya 2021-01-19 16:42:00