×
A
A
A
Sazlamalar

Xaçmazda yenidən qurulan Şəhidlər xiyabanında 276 şəhidin xatirəsi əbədiləşdirilib VİDEO

Xaçmaz, 19 yanvar, Elxan Yusifli, AZƏRTAC 

Xaçmazdakı Şəhidlər xiyabanında abadlıq və yenidənqurma işləri başa çatdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamamilə yenidən qurulan xiyabanda torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən 276 xaçmazlı şəhidin xatirəsi əbədiləşdirilib. Onlardan 48 nəfəri Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.
Yenidənqurma işləri çərçivəsində xiyabanda 17 metr hündürlüyündə “Əbədi məşəl” abidə-kompleksi inşa olunub.
Şəhidlər xiyabanında tikilən xatirə kompleksinin qarşısında Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovun büstü qoyulub. Xiyabanda 20 Yanvar şəhidlərindən olan Xaçmaz rayon Uzunoba kənd sakini Zahid Abdullayevin xatirə lövhəsi də yer alıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi İlham Həsənov bildirib ki, xiyabanın ümumi sahəsi 3000 kvadratmetrdir. Xiyabanda şəhidlərin şəkilləri əks olunmuş xatirə lövhələri, xüsusi işıqlandırma sistemi quraşdırılıb, yaşıllaşdırma işləri aparılıb.

Regionlar 2021-01-19 16:36:00

Video