×
A
A
A
Sazlamalar

Keçən il 10,7 milyon dollarlıq azot gübrəsi ixrac edilib

Bakı, 15 yanvar, AZƏRTAC

2020-ci ildə ölkədən 71 min 247,6 ton azot gübrəsi ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac edilən azot gübrəsinin dəyəri isə 10 milyon 737,9 min ABŞ dolları olub.
Qeyd edək ki, 2019-cu il yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR karbamid” zavodu istifadəyə verilib. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu (azot gübrəsi) istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollaradək əlavə gəlirin daxil olmasına imkan verəcək. Zavodun inşası zamanı bir sıra beynəlxalq banklardan dövlət zəmanəti əsasında 500 milyon avro cəlb edilib.

Sənaye 2021-01-15 18:59:00