×
A
A
A
Sazlamalar

İspaniyalı dinləyicilər Vətən müharibəsi dövründə Azərbaycan diasporunun fəaliyyəti barədə məlumatlandırılıb

Bakı, 11 yanvar, AZƏRTAC

İspaniyanın “COPE Espana” radiosu Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun müsahibəsini yayıb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, müsahibədə Azərbaycan diaspor sisteminin yaradılma mexanizminə aydınlıq gətirilib, dünyanın 50-dən çox ölkəsində yaşayan və fəaliyyət göstərən soydaşlarımız, diaspor təşkilatları, Koordinasiya şuraları, Azərbaycan evləri, diaspor gənclərinin Yay düşərgələri, Azərbaycan Diasporuna Dəstək Fondunun təsis olunması barədə ətraflı məlumat verilib.
COVID-19 pandemiyası, Ermənistanın Tovuz təxribatları və ölkəmizin Vətən müharibəsi dövründə Azərbaycan diasporunun fəaliyyəti barədə suallar komitə sədri tərəfindən ətraflı cavablandırılıb.

Diaspor 2021-01-11 11:28:00